EN

Bacı-qardaş münasibəti ailə stressini azaldır


Bacı-qardaş münasibəti yaxşı olan uşaqlar ailə münaqişələrinin təsirindən daha az zərər görürlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Child Development” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Aparılan uzunmüddətli tədqiqatda 236 ailə izlənilib. Ailələrdə həm valideynlər arasındakı münasibətlər, həm də bacı-qardaş əlaqələri paralel şəkildə qiymətləndirilib.
Tədqiqatçılar bildiriblər ki, bacı-qardaşlarla sağlam münasibət ailə daxilindəki stressin uşaqlara təsirini zəiflədir.
Araşdırmada valideynlər arasındakı münaqişə aparılan müşahidələrlə ölçülüb. Bacı-qardaş münasibətlərinin keyfiyyəti valideynlərin müsahibə cavabları əsasında dəyərləndirilib. Yeniyetmələr isə ailə münaqişələrinə reaksiyalarını və psixoloji vəziyyətlərini müxtəlif anketlər vasitəsilə ifadə ediblər.
Nəticələrə görə, valideyn münaqişəsini müşahidə edən yeniyetmələrdə bir il sonra narahatlıq reaksiyaları artır. Bu reaksiyalar sonrakı mərhələdə depressiya, aqressiya, hiperaktivlik və digər psixoloji problemlərin yaranmasına zəmin yaradır.
Chosen
2
1
yeniavaz.com

2Sources