Müəllif: Gülnar Əhmədli, Banco.az
Rumıniya 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 247 milyon 845 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rumıniyanın idxal etdiyi neftin həcmi isə 461 min 317 ton təşkil edib.
Rumıniyanın idxal etdiyi neftin dəyəri 2025-ci ilin eyni dövrünə nisbətdə 32 milyon 284 min dollar və ya 11,5%, miqdarı isə 39 min 34 ton və ya 7,8% azalıb.
Qeyd edək ki, yanvar-aprel aylarında ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (4,8 milyon ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!