EN

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsindən faydalananların sayı açıqlanıb

Bakı, 26 may, AZƏRTAC

Layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarları hesab olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O deyib ki, ümumilikdə 27 nəfər bu layihədən faydalananlardandır: "Layihə benefisiarlarının hamısı mina partlayışlarına məruz qalmış mülki şəxslərdir. Layihənin birbaşa benefisiarlarından 3-ü şəhid ailəsi üzvüdür, 4-ü minatəmizləmə əməliyyatları zamanı partlayışa məruz qalanlardır, 1-i isə polis əməkdaşıdır. Benefisiarlar 20-64 yaş arasındadır. Layihə əsasında bir neçə monitorinq aparılıb. Benefisiarların müqavilə öhdəliklərinə əməl etdikləri müəyyın edilib",- deyə o vurğulayıb.

Chosen
14
2
azertag.az

3Sources