EN

Zahid Oruc: Qohum nikahları azalsa da, problem qalır

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci il fəaliyyəti müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qohum nikahlarının sayında azalma müşahidə olunduğunu, lakin problemin hələ də aktuallığını qoruduğunu deyib.

Deputat bildirib ki, 2022-ci ildə 2542 olan qohum nikahlarının sayı 2024-cü ildə 2058-ə, 2025-ci ildə isə 1412-yə düşüb.

“Maarifləndirmə vacibdir”.

Zahid Orucun sözlərinə görə, 2025-ci ildə ən yüksək göstərici Bakı üzrə 360, Lənkəran-Astara üzrə isə 223 nəfər olub.

O qeyd edib ki, problemin həlli üçün yalnız hüquqi qadağa kifayət deyil:

“Davranış dəyişikliyi, maarifləndirmə, tibbi-genetik məsləhət və məktəblərin sistemli işi vacibdir”.

Ana və uşaq ölümü ilə bağlı narahatlıq.

Deputat ana və uşaq ölümü göstəricilərinin də ciddi problem olaraq qaldığını bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə hər 100 min diri doğulana görə ana ölümü 26 nəfər təşkil edib. Şəhərlərdə bu göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib.

Zahid Oruc əlavə edib ki, 2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib, hər 1000 diri doğulana uşaq ölümü əmsalı isə 13,7 olub.

“Qızların təhsildən yayınması risk yaradır”.

Deputat vurğulayıb ki, qız uşaqlarının təhsildən yayınması erkən nikah, iqtisadi asılılıq, məişət zorakılığı və sosial təcrid kimi problemlərə yol açır.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
icma.az

1Sources