Deputat qeyd edib ki, azalma olsa da, problem hələ də qalmaqdadır: "2025-ci ildə ən yüksək göstəricilər Bakı üzrə 360, Lənkəran-Astara üzrə isə 223 nəfərdir. Qohum nikahları təkcə hüquqi qadağa ilə aradan qalxmır. Davranış dəyişikliyi, maarifləndirmə, tibbi-genetik məsləhət və məktəblərin sistemli işi vacibdir. Digər ciddi problem ana və uşaq ölümü göstəriciləridir. 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü üzrə 26 nəfər qeydə alınıb. Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib. Kənd yerlərində azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir. 2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib. Hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7-dir".
Deputat vurğulayıb ki, əhalinin demoqrafik artımına ehtiyac duyulan dövrdə "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsi parlament tərəfindən dəstəklənəcək. Qız uşağının təhsildən yayınması sonradan erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial təcridə yol açır".