EN

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib

Bakı, 26 may, AZƏRTAC

"Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3" layihəsi çərçivəsində Füzuli, Ağdam, Ağcabədi, Tovuz və Tərtər rayonlarında yaşayan 52 mina qurbanı ilə görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov layihənin yekunlarına dair mətbuat konfransında bildirib.

"Onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilib. Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib. Onlardan 1-i qadın, 11-i kişidir. Onlara istəklərinə uyğun avadanlıqlar alınaraq təhvil verilib",- deyə o diqqətə çatdırıb.

Müxbirlər - Nailə Həsənova, Lalə Minasazova
Chosen
8
1
azertag.az

3Sources