EN

Sözün Ritmi, şeirin nəfəsi Festivalda Poeziya Axşamı FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə "Şeir "Sən" adlı tədbir keçirilib.Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində çıxış edən şair, qiraətçi Müşfiqə Baladdin və bədii qiraətçi Anar Atakişinin səsləndirdiyi müxtəlif şeirlər poeziyasevərlərin marağına səbəb olub.

 

MÖVZU İLƏ BAĞLI:Zəngilandan Parisə uzanan poeziya YOLU - Lamiyə Şirvanzadənin kitabları maraqla qarşılandı - FOTO

Onlar Sabir Rüstəmxanlı, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Səlim Babullaoğlu, Qulu Ağsəs və s kimi görkəmli şairlərin əsərlərini səsləndiriblər.Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
2
bizim.media

10Sources