ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Ağdam, 26 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Mayın 26-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə 110 ailə olmaqla, 417 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.
Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Müxbir – Tahir Ağaməmmədov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.