EN

Şairə Zeynəb Cəmaləddinin oxucularla görüşü keçirilib - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın masasında şairə Zeynəb Cəmaləddinin oxucularla görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, o, “Payız qoxulu nəğmələrim” “Ruhumun zərrələri”, “Elm səmasının ali üfüqü” kitablarını oxucuları üçün imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sözün ritmi, şeirin nəfəsi – Festivalda poeziya axşamı - FOTO


Onun sonuncu qeyd edilən kitabı kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyevə həsr edilən elmi bioqrafik epopeyadır.

Xatırladaq ki, paytaxtda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı uğurla davam edir.

Mədəniyyət hadisəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam Mühafizə" şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.




Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

Chosen
5
14
bizim.media

10Sources