EN

Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yaydı

Milli Hidrometeorologiya Xidməti mayın 27-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

"Yeni Sabah" xəbər verir ki, 

Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. pizza

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.


Telegram kanalımız
Chosen
1
50
yenisabah.az

10Sources