Milli Məclisin plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat geniş müzakirə olunub və qəbul edilib.
Musavat.com bildirir ki, yekunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deputatlara həm xoş sözlərinə, həm də tənqidi yanaşmalarına görə təşəkkürünü bildirib.
Qeyd edib ki, onların səsləndirdiyi fikirlər reaksiyasız qalnayacaq.
Komitə sədri bildirib ki, deputatlar daha koordinasiyalı işləsə problemlər daha tez həll olunar.
Onun sözlərinə görə, deputatlar regionlarda çoxlu iş görə bilərlər:
“Millət vəkilləri regionlarda çoxlu iş görə bilərlər və həqiqətən görürlər də. Amma bunu daha sistemli və koordinasiya olunmuş şəkildə aparsaq, bir tərəfdən qanunların qəbulu prosesinə təsir göstərə bilərik. Bu ictimai rəyin yönləndirilməsini və idarə olunmasını vacib edir”.
Bahar Muradova sorğular və qaldırılan məsələlərlə bağlı deputatların hər birinə yazılı cavab göndəriləcəyini deyib.
E.Paşasoy,
Musavat.com