EN

Orta Dəhliz və yaşıl logistika: rəqəmsallaşma və ekoloji prioritetlər yeni mərhələ açır

"Çox aktual mövzular müzakirə olunur, xüsusilə logistika sahəsi bu gün əsas prioritetlərdən biridir".

QHT.az xəbər verir ki, bu  fikirləri "İkra Logistika" nəqliyyat şirkətinin direktoru Günay Ağayeva 2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yaşıl təchizat zəncirində yaşıl logistika" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

G.Ağayevanın sözlərinə görə, Orta Dəhlizin strateji əhəmiyyəti qlobal dəyişikliklər fonunda daha da artır və region üçün yeni imkanlar yaradır:
Hazırkı geosiyasi dəyişikliklər və ekoloji transformasiya fonunda Orta Dəhliz xüsusi əhəmiyyət qazanıb. Azərbaycan mühüm nəqliyyat qovşaqlarının mərkəzində yerləşir. Orta Dəhliz qədim İpək Yolunun müasir, daha sürətli və rəqəmsallaşmış forması kimi çıxış edir və son illərdə strateji əhəmiyyəti daha da artıb.

Günay Ağayeva bildirib ki, təchizat zəncirlərində təhlükəsizlik və alternativ marşrutlara artan tələbat Orta Dəhlizin beynəlxalq logistika üçün əsas istiqamətə çevrilməsinə səbəb olur:
Alternativ marşrutlara tələbatın artması və təchizat zəncirlərində təhlükəsizlik məsələləri Orta Dəhlizi beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevirib.

O vurğulayıb ki, yaşıl logistika və karbon emissiyalarının azaldılması nəqliyyat sektorunun gələcəyi baxımından mühüm prioritetdir:
Digər vacib istiqamət isə yaşıl logistika və karbon emissiyalarının azaldılmasıdır. Elektrikli yük nəqliyyat vasitələrinin istifadəsi bu baxımdan önəmli rol oynayır.

G.Ağayevanın sözlərinə görə, rəqəmsallaşma və “bir pəncərə” kimi sistemlər logistikanın daha səmərəli və şəffaf fəaliyyətini təmin edir:
Eyni zamanda rəqəmsallaşma da əsas prioritetlərdəndir. “Bir pəncərə” sistemi, e-permit və rəqəmsal inteqrasiya kimi həllər logistikanın daha sürətli və şəffaf olmasına xidmət edir.

Günay Ağayeva qeyd edib ki, ölkələrarası e-permit sistemlərinin genişlənməsi logistikanın inteqrasiyasını gücləndirərək ümumi məqsəd olan daha çevik və rəqəmsal sektorun formalaşmasına xidmət edir:
Bu çərçivədə Azərbaycan artıq Türkiyə, Özbəkistan və Yunanıstanla e-permit sistemlərinin tətbiqinə başlayıb və ümid edirik ki, gələcəkdə daha çox ölkə bu sistemə qoşulacaq.

Ümumilikdə məqsəd logistika sektorunu daha çevik, rəqəmsal və inteqrasiya olunmuş hala gətirməkdir.

Chosen
45
qht.az

1Sources