EN

FHN-in Qarabağ Regional Mərkəzi zona birinciliyi keçirib

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi tərəfindən "Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Nazirlikdən Aktual.az-a verilən xəbərə görə, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Keçirilən yarışda Qarabağ Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış "Kombinə edilmiş yanğın estafeti”, "Komandaların təqdimatı” və "Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbi I yerə, Bərdə rayon Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta ümumtəhsil məktəbi II yerə, Füzuli rayon Qayıdış qəsəbəsi 6 nömrəli tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda "Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

FHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-in

Chosen
1
13
ulusum.az

10Sources