EN

"Elnur Abdullayevin istefaya göndərilməsi mənim üçün də gözlənilməz oldu" - Rahid Əmirquliyev

Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"da baş məşqçi istefası reallaşıb. Mövsümün ortalarından başlayaraq inamlı çıxış etməsinə baxmayaraq komandanın çalışdırıcısı Elnur Abdullayevlə yollar ayrılıb. Qusar təmsilçisinin rəhbərlərindən olan veteran futbolçu Rahid Əmirquliyevlə əlaqə saxlayıb gözlənilməz qərarın səbəbini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bildiyiniz kimi, mövsümün gedişində yeni sponsor gəldi. Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə "ISFA Green Life" komandanı himayəyə götürüb. Şirkətin direktoru Samir Xeyirbəyov həm də klubun yeni rəhbəridir. İki gün əvvəl mövsümün yekunu ilə bağlı komanda ilə görüşü oldu. Elə orada bildirildi ki, Elnur Abdullayevlə yolar ayrılır. Açığı, mənim üçün də gözlənilməz oldu. Elnuru hələ o vaxt mən məsləhət görmüşdüm. Bu mövsümün əvvəlində, komandanın durumu pis olanda da o, mənə görə getmədi, qalıb davam etdi. Halbuki, təklifləri var idi. Qışdan sonrakı nəticələrimiz çox yaxşı idi. Fasilədən sonra toplanılan xallara görə, səhv etmirəmsə, lider bizik. 
Belə olmasına azı Elnur qədər üzüldüm. Amma nə etmək olar? Futbol belədir, məşqçinin çantası həmişə hazır olmalıdır. Elnura uğur arzulayıram".

Qeyd edək ki, 1-ci Liqanın debütantı olan "Şahdağ Qusar" 43 xalla mövsümü 5-ci yerdə başa vurub. Şimal təmsilçisi qış fasiləsindən sonra keçirdiyi 15 oyunda 31 xal toplayıb ki, bu, çempion "Şəfa"nın göstəricisindən (27 xal) də çoxdur. 

Mirağa 

Chosen
6
1
fanat.az

2Sources