EN

Azərbaycan qadını daha böyük zirvələri fəth edəcək Deputat

ain.az bildirir, Olke.az portalına istinadən.

"Azərbaycan tarixən qadına böyük dəyər verən, onu ailənin, cəmiyyətin və dövlətin dayağı hesab edən bir ölkə olmuşdur. Tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bunun ən parlaq sübutudur.

 Azərbaycanda gender probleminə həsr olunmuş ilk araşdırmanın müəllifi Əhməd Ağaoğlu 1922-ci ildə qızlarını ali təhsil almaq üçün Ankaradan İstanbula göndərərkən o zaman İstanbulda yaşayan Əli bəy Hüseynzadəyə yazdığı məktubda qeyd edirdi ki, 

 “Mən Türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını və ictimai fəaliyyətlə məşğul olmalarını arzu edirəm. Fəqət hürriyyət və sərbəstliyi intizamsızlıq səklində tələqqi etməm. Onun için qızlarımdan da təvazö, iffət və hörmət dairəsində sərbəst olmalarını istəyirəm”.

Gender anlayışına və probleminə bizim nəzər nöqtəmiz məfkurəmizi, dövlət ərkanımızı yaradan bu insanların prinsiplərinə uyğun olmalıdır. 

Yəqin çoxları bilir ki, İstanbul Universitetinə təhsil almağa gələn o qızlardan biri – əslən Şuşalı olan Sürəyya Ağaoğlu indi tarixdə Türkiyənin ilk qadın hüquqşünası kimi xatırlanır". 

Ölkə.az xəbər verir ki, bunu deputat Elnarə Akimova parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tarixə əhatəli ekskurs etmək istəməzdim, amma xatırlatmaq istəyirəm ki, XX yüzilin ilk illərində, yəni 1918-ci ildən xeyli əvvəl Azərbaycan mətbuatı gender problemini qabardır, Azərbaycan qadınının ictimai həyatdakı roluna işıq salırdı. 

O əlavə edib ki, bu gün gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasətin nəticəsidir ki, Azərbaycan qadını dövlət idarəçiliyində, parlamentdə, təhsildə, səhiyyədə, elmdə, sahibkarlıqda və ictimai həyatın bütün sahələrində fəal iştirak edir, dövlətimizin inkişafına mühüm töhfələr verir: "Elə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq proseslərində aparıcı fəaliyyəti tarixdən gələn mənəvi missiyanın davamı sayıla bilər. 

Əminəm ki, Azərbaycan qadını bundan sonra da yeni uğurlara imza atacaq, daha böyük zirvələr fəth edəcəkdir".

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
olke.az

2Sources