EN

“Merkuri BOKT” ASC-nin 2025-ci il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlanıb

“Merkuri BOKT” ASC-nin 2025-ci il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlanıb

Audit rəyini “Baker Tilly Audit Azərbaycan” QSC audit şirkəti verib.

Kredit təşkilatının faiz gəlirləri 3 milyon 563 min 173 manat, faiz xərcləri 1 milyon 150 min 046 manat təşkil edib.

31 dekabr 2025-ci il tarixinə “Merkuri BOKT” ASC-nin cəmi aktivləri 9 milyon 971 min 271 manat olub ki, bu da illik müqayisədə 12,52 % artım deməkdir. Bunun 8 milyon 891 min 731 manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə bu göstərici 7 milyon 736 min 424 manat olub.

Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 4,19 % artaraq 8 milyon 556 min 471 manat, cəmi kapitalı isə 1 milyon 414 min 800 manat olmuşdur.

“Merkuri BOKT” ASC-nin illik mənfəətinin həcmi 255 min 78 manat təşkil edib.

Təşkilat 2012-ci ildə yaradılıb.

Chosen
45
36
banker.az

10Sources