EN

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri - DOSYE

Böyük

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dunkan Norman Bakıya gəlib.Ulusum.az xəbər verir ki, diplomat bu barədə X hesabında paylaşım edərək "Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlmək çox qürurverici bir hissdir. Sizlərlə tanış olub, birlikdə çalışmağı səbirsizliklə gözləyirəm" yazaraq bildirib.Qeyd edək ki, Böyük Britaniya səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti mayın 22-də başa çatmışdı. Dosye:Dunkan Çarlz Norman 1990-cı ildə Böyük Britaniyanın Xarici İşlər və Birlik Ofisində (FCO) fəaliyyətə başlayıb. Maliyyə Departamenti və Birgə Yardım Bölməsində çalışan Dunkan Norman daha sonra diplomatik fəaliyyətini bir sıra xarici ölkələrdə davam etdirib: Ər-Riyadda vitse-konsul, İrəvanda Missiya rəhbərinin müavini olub. O, 2016-2021-ci illərdə Böyük Britaniyanın Albaniyadakı səfiri olub. 2022-2023-ü illərdə Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisində (FCDO) Ukraynanın Bərpası üzrə Konfrans Bölməsinin direktor müavini çalışıb.D.Norman 2023-2024-cü illərdə Böyük Britaniyanın Milli Təhlükəsizlik Katibliyində (National Security Secretariat) Birgə Fondlar Bölməsinin Direktor müavini işləyib. (red: Milli Təhlükəsizlik Katibliyi (National Security Secretariat) Böyük Britaniya hökumətində milli təhlükəsizlik, müdafiə, kəşfiyyat və xarici təhlükəsizlik siyasətinin koordinasiyasını həyata keçirən qurumdur. Birgə Fondlar Bölməsi isə (Joint Funds Unit) müxtəlif beynəlxalq və hökumətlərarası təhlükəsizlik, inkişaf və strateji maliyyə fondlarının idarə olunması və bölüşdürülməsi ilə məşğul olan strukturdur.

Diqqət Çəkənlər

Yenidən İTV-nin baş direktoru seçildi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

Chosen
13
1
ulusum.az

2Sources