EN

Ağsuda ağır qəza -

Ağsuda ağır yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün gecə saat 03:00 radələrində Ağsu rayonunun Dilman kəndi ərazisində qeydə alınıb.

Belə ki, “BYD” markalı 77-NO-925 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayının qorucu daş-beton bəndinə çırpılıb avtomobil daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən çayın yatağına düşüb.

Hadisə zamanı avtomobildə ümumilikdə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamra və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində həyatını itirib. Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

Davud Tarverdiyev / Metbuat.az

Chosen
2
10
metbuat.az

10Sources