EN

Siqareti tərgitdikdən sonra ağciyərlərdə dəyişiklik nə vaxt başlayır?

Siqaretdən imtina etdikdən sonra ağciyərlərdə ilk müsbət dəyişikliklər 2 həftə – 3 ay ərzində müşahidə olunmağa başlayır.

Publika.az xəbər verir ki, bu barədə TASS-a pulmonoloq Marina Makarova danışıb.

Həkimin sözlərinə görə, ağciyərlər bərpa olunma qabiliyyətinə malikdir və bu orqanlarda regenerasiya prosesi mümkündür. Lakin bəzi zədələnmələr tamamilə geri dönməz ola bilər.

“Bərpa dərəcəsi insanın yaşı, siqaret çəkmə stajı və mövcud xəstəliklərdən asılıdır”, - deyə həkim qeyd edib.

Makarova bildirib ki, siqaretdən imtina edildikdə mukosiliar sistemin işi bərpa olunur: epitel toxumasının kirpikli hüceyrələri yenidən formalaşır və tənəffüs yolları mikroblardan təmizlənir, oksidləşmə prosesi azalır. Eyni zamanda qan dövranı və ağciyər funksiyası yaxşılaşır. Nəticədə insan daha az öskürür, təngnəfəslik azalır.

Chosen
7
publika.az

1Sources