BAKI, 26 may. TELEQRAF
Ermənistan hazırda 6-7 ölkədən silah-sursat tədarük edir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
N.Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında keçirilməsi planlaşdırılan hərbi paraddan danışarkən orada xarici istehsalı olan müasir silahların nümayiş etdiriləcəyini bildirib:
"Paradda xaricdə istehsal olunmuş müasir silahları təqdim edəcəyik. Silah tədarükü mənbələrini şaxələndirməyimiz çox mühümdür. Biz artıq iki-üç deyil, 6-7 ölkədən silah alırıq. Bu, seçim imkanımızın olması baxımından vacibdir".