Bəs, "Araz-Naxçıvan"dan nə xəbər? Elmar Baxşıyevdən sonra Andrey Demçenkoya güvənən, ancaq avrokuboklara vəsiqə qazana bilməyən komandanın ukraynalı ilə bağlı planı nədi?
Bu sualla "qırmızı-ağlar"ın icraçı direktoru Eldəniz Yusubova müraciət etdik. Onun "Football-plus.az"a açıqlaması:
"Hələ bu barədə yekun qərar verilməyib. Yaxın günlərdə, bəlkə də sabah, ya birisigün klubdaxili iclas keçiriləcək. Onsuz da hazırda gündəmdə olan məsələ baş məşqçiylə bağlıdı. Bayram günlərində də çalışacağıq və yekun qərar ictimaiyyətə açıqlanacaq".
Xatırladaq ki, "Araz-Naxçıvan"ın məşqçilər korpusunda ilk ayrılıq yaşanıb. Köməkçi məşqçi Əfran İsmayılov komandanı "Şəfa"da vitse-prezident vəzifəsinə dəyişib.
KƏNAN BAHADIR