EN

ABŞ İranda rejimi dəyişə bilmədi - Rəy

Yazını böyüt
Yazını kiçilt
ABŞ-la İran arasında razılaşma memorandumunun imzalanmasına az qalmış Vaşinqton İrana zərbələr endirib. Rəsmi Tehran zənginləşdirilmiş uranı Çinə verməyə razılaşıb. İran xarici işlər naziri və və digər yüksək vəzifəli şəxslər razılaşmalari müzakirə etmək üçün Qətərə səfər edib.
 
Məsələni Hafta.az-a şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə vurğulayıb ki, ABŞ son razılaşmaya yaxınlaşanda hücum edir. Onun fikrincə, görünür, Vaşinqtonun digər tələbələri var.
 
M.Əsədullazadənin sözlərinə görə, məhz İran rəsmiləri ona görə deyir ki, ABŞ-a etibar etmirik:
 
"Müharibənin ən mürəkkəb vəziyyətində İran ABŞ tabe olmadı. Hörmüz boğazına tam nəzarət etməklə Vaşinqtonu mürəkkəb geosiyasi vəziyyətə saldı. Atəşkəs rejimi və danışıqların intensivliyi vaxtında Vaşinqtonun zərbəsi prosesi poza bilər. ABŞ İranda rejimi dəyişə bilmədi. Bunu əvvəldən qeyd edirdik. Hörmüz boğazını da hərbi yolla aça bilmir".
 
Ekspert qeyd edib ki, İran ABŞ-la danışıqlarda maraqlıdır və razılaşma əldə etməyə çalışır:
 
"Çünki ölkənin iqtisadi vəziyyəti böhrana gedir. Sosial vəziyyət ağırlaşır. Tərəflər arasında memorandumun imzalanması mümkün görünür".
Chosen
12
3
hafta.az

4Sources