Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Yadların bizi yadlara qarşı istifadə etməsinə icazə verməməliyik”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan seçicilərlə görüşündə deyib.
Erməni mediasında dərc edilən Kotayk bölgəsindəki çıxışında Paşinyan deyib ki, Ermənistan irəli baxmalı və ötən minilliyin dərslərindən dərs çıxarmalıdır: "Keçmişin ən vacib dərsi odur ki, yadların bizi yadlara qarşı istifadə etməsinə icazə verəndə, sonda kənara atılırıq, müdafiəsiz qalırıq".
Aydın görünür ki, Paşinyan “yadların bizdən istifadə etdiyini” deyərkən, Rusiyanın əsrlər boyu ermənilərdən Türkiyə və Azərbaycana qarşı istifadə etməsini nəzərdə tutub. Doğrudan da bu yaramaz siyasət - Rusiya imperiyasının vassalı və forpostu olmaq ermənilərə sonda çox baha başa gəlir…
O əlavə edib ki, “Ermənistan öz qüvvələrindən yalnız öz təhlükəsizliyini, dövlətini, rifahını və azadlığını qorumaq üçün istifadə etməlidir”.
Paşinyan eyni zamanda, müxalifətin Azərbaycanla sülhün kənardan hansısa qarantının(Rusiyanın-red.) olmalı olduğu barədə fikrini tənqid edib. Onun fikrincə, bu, ölkənin taleyini başqalarına təhvil vermək deməkdir: "Biz öz taleyimizə nəzarəti birtəhər ələ keçirmişik və sükanı əlimizdən buraxa bilmərik".
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.