EN

SpaceX Pentaqon üçün Starlink xidmətinin qiymətini beş dəfə artırıb

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

"SpaceX" şirkəti Yaxın Şərqdəki münaqişə dövründə ABŞ Müdafiə Nazirliyinin — Pentaqonun Starlink peyk şəbəkəsinə qoşulma xərclərini beş dəfə artırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə və hərbi qurumun sənədlərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ-ın İrana qarşı hücumlarından bir neçə həftə sonra "SpaceX" rəhbərliyi Pentaqon nümayəndələri ilə görüşərək hər terminal üçün qoşulma haqqının 5 min dollardan 25 min dollara qaldırılmasını tələb edib. Şirkət bunu xidmət səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə izah edib.

Mənbələrin bildirdiyinə əsasən, İrana qarşı əməliyyatları genişləndirən Pentaqon sonda "SpaceX"in təklif etdiyi qiymət artımını qəbul edib. Qeyd edilir ki, bu qərar ABŞ hərbi qurumunun Elon Muska məxsus şirkətdən artan asılılığını göstərir və bu da milyarderə milli təhlükəsizlik üçün kritik əhəmiyyət daşıyan struktura daha çox təsir imkanı verir.

Məqalədə həmçinin vurğulanır ki, bu addım "SpaceX"ə gələn ay keçirilməsi planlaşdırılan IPO (Initial Public Offering) ərəfəsində gəlirlərini artırmağa imkan yaradır. Həmin IPO-nun tarixdə ən böyük ilkin səhmlərin yerləşdirilməsi proseslərindən biri ola biləcəyi qeyd edilir.

Hazırda heç bir digər şirkət ABŞ ordusuna "Starlink"ə bərabər alternativ təqdim edə bilmir. Şirkətin peyk şəbəkəsi qlobal əhatə imkanına malikdir və ən ucqar bölgələrdə belə döyüş meydanında rabitə və dəqiq hədəf koordinasiyası təmin edir.

Təxminən 10 min peykdən ibarət olan "SpaceX" orbital qruplaşması orbitdəki bu tip aparatların 60 faizindən çoxunu təşkil edir və "OneWeb", eləcə də "Amazonun Leo" layihəsi daxil olmaqla digər şirkətlərin sistemlərini geridə qoyur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
icma.az

1Sources