EN

Moskvanın tanınmış restoranında “yağış vergisi” tətbiq olundu

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, “Veranda 32.05” restoranında qonaqlardan hesabın əlavə 10 faizi həcmində “yağış vergisi” tələb olunub. Qonaqlar bildiriblər ki, yüngül yağışlı hava şəraitində açıq verandada əyləşmək istəyiblər. Restoran əməkdaşları onlara örtüyün olmadığını desələr də, çətir təklif ediblər və qonaqlar bununla razılaşıblar. Lakin axşamın sonunda ofisiant müəssisənin daxili qaydalarını əsas gətirərək verandada yağışlı havada oturmağa görə əlavə ödəniş olduğunu bildirib. Müştərilər isə nə rezervasiya zamanı, nə də restorana daxil olarkən belə bir haqq barədə xəbərdar edilmədiklərini deyiblər. Məlumata əsasən, qonaqlar əlavə ödənişi etməkdən imtina etdikdən sonra restoran əməkdaşlarının onlara qarşı kobud davrandığı iddia olunub.
Chosen
31
Ajans.az

1Sources