EN

Paşinyan onu hədəfə aldı

Ermənistanda seçkiqabağı kampaniya sərtləşdikcə baş nazir Nikol Paşinyan revanşist ritorika və “Böyük Ermənistan” ideyası üzərindən rəqiblərinə kəskin hücum edib.

Musavat.com xəbər verir ki, Paşinyan bu dəfə əsas hədəf kimi iş adamı və siyasətçi Qaqik Tsarukyanı seçib.

Nikol Paşinyan Tsarukyanın və ona yaxın qüvvələrin tez-tez gündəmə gətirdiyi “dənizdən-dənizə Ermənistan” xəritəsinə istehza ilə yanaşıb və bunun real nəticələrinin kim tərəfindən ödənəcəyini soruşub:

“Çox yaxşı, “dənizdən-dənizə Ermənistan”. Bəs onu kim geri qaytaracaq? Kim döyüşəcək? Tsarukyanın oğlu döyüşəcək?”

Ermənistan baş naziri daha sonra sərt ittihamlar səsləndirib və Tsarukyan ailəsinin ölkənin sərhədlərinin müdafiəsi uğrunda heç bir iştirak göstərmədiyini iddia edib.

“Deyirəm ki, bunlar bütün nəsilləri ilə birlikdə sərhədi qorumaq üçün bir güllə belə atmayıblar. Amma İrəvanda, Abovyanda, Arincdə, Tsaxkadzorda onlarla, yüzlərlə atəş açıblar”, - deyə Paşinyan qeyd edib.

Onun fikrincə, “dənizdən-dənizə Ermənistan” şüarı əslində insanları real Ermənistanın problemlərindən uzaqlaşdırmaq məqsədi daşıyır.

Musavat.com

Chosen
2
musavat.com

1Sources