EN

Bu ölkədə pulun üzərində həmin qolun şəkli olacaq

Şotlandiya Bankı rəsmi saytında “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominayın təsvir olunduğu məhdud sayda əskinas buraxdığını elan edib.

Publika.az xəbər verir ki, bu əskinas futbolçunun özü ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və şotland illüstratoru Keti Smit tərəfindən canlandırılmışdır.

Əskinas Şotlandiya futbol tarixində əlamətdar bir anı xatırladır. 20 funt sterlinqlik əskinasda Maktominayın DÇ-2026-nın seçmə mərhələsinin final matçında Danimarkanın qapısına qayçı zərbəsi ilə vurduğu qol təsvir edilib.

Bu qol Şotlandiyaya turnirdə iştirak etmək hüququ qazandırdı.

Chosen
28
publika.az

1Sources