ain.az, 525.az saytına istinadən bildirir.
Şabranın Düzbilici-Vələsi-Çinarlar yolunun 5 və 8-ci kilometrində, həmçinin Şabran-Qalaaltı yolunun 6-cı kilometrində bərpa işləri aparılır.
525.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata əsasən, ərazilərdə qazıntı və əks-dolğu işləri aparılır, suötürücü borular bərpa edilir. Yaranmış problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür. Məqsəd nəqliyyat əlaqəsinin qısa müddətdə tam bərpası və hərəkətin təhlükəsiz şəkildə təşkilidir. Sel sularının yarada biləcəyi təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı addımlar atılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.