ain.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bakıda fəaliyyət göstərən 1 saylı marşrut avtobusunun sürücüsü ilə bağlı narazılıq yaranıb.
Bu barədə BAKU.WS-ə sərnişin Sariyeva Yuliya məlumat verib.
Onun sözlərinə görə, sözügedən sürücü sərnişinlərə qarşı dəfələrlə kobud və hörmətsiz davranış nümayiş etdirib. Şikayətçi bildirib ki, sürücünün aqressiv münasibəti həm ona, həm də digər sərnişinlərə qarşı müşahidə olunub.
Sərnişinin iddiasına əsasən, son insident zamanı sürücü avtobusda olan uşağa görə narazılıq edib "Sakit qalmırsa, uşağını çıxartma çölə" kimi ifadələr səsləndirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.