“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını ABŞ-də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu “İnter Mayami”yə keçməyə yaxındır. Bildirilir ki, 33 yaşlı yarımmüdafiəçi mövsümü İngiltərə klubunda başa vurduqdan sonra MLS təmsilçisi ilə müqavilə imzalamağı planlaşdırır.
Mənbəyə əsasən, MLS-in maaş limiti qaydalarına görə Kazemiro yeni klubunda əvvəlki qazancından xeyli az maaş alacaq. Onun ilkin müqaviləsinin illik 2 milyon dollardan aşağı məbləğdə olacağı qeyd edilir.
Hazırda Kazemiro “Mançester Yunayted”də ildə təxminən 27 milyon avro qazanır.