EN

Rəsmi Moskva: Rusiya ABŞ a diplomatların Kiyevdən təxliyə edilməsinin vacibliyini çatdırıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya ABŞ-a diplomatların Kiyevdən təxliyə edilməsinin vacibliyini çatdırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubioya Rusiyanın Kiyevə zərbə endirmək qərarına nəyin səbəb olduğunu izah edib.

Ryabkov ABŞ nümayəndələrinin Rusiyaya səfəri ilə bağlı hələlik heç bir razılaşma olmadığını da bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ ilə dialoqdan imtina etmir. Rusiyalı nazir müavini yüksək səviyyəli təmasların Amerika tərəfindən asılı olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
3
apa.az

4Sources