EN

Regionda gərginlik artır: Raket sınaqları keçirildi

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Cənubi Koreya ordusu Şimali Koreyanın Sarı dəniz istiqamətinə çox sayda qısamənzilli balistik raket atdığını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, beləliklə, Asiya-Sakit okean regionunda təhlükəsizlik narahatlıqlarını artıracaq bir hadisə baş verib. Cənubi Koreya Baş Qərargahından (JCS) verilən bəyanata görə, Şimali Koreya Sarı dəniz istiqamətinə qısamənzilli balistik raketlər atıb. 

Mənzili 300 kilometrdən az olan raketlərin yerli vaxtla saat 13:00 radələrində Şimali Pyoqan əyalətinin Çonqcu şəhəri yaxınlığından atıldığı bildirilərkən, detallı analiz işlərinin davam etdiyi ifadə olunub. 

ABŞ və Yaponiya ilə məlumat mübadiləsinin aparıldığı qeyd edilib. Şimali Koreya aprelin 12-də 5 min tonluq "Choe Hyon" hərbi gəmisindən qanadlı raket və gəmiəleyhinə raket sınaqları reallaşdırmışdı. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
cebheinfo.az

2Sources