EN

Kreml Qarabağda görüş təklif etdi – Şuşa yenidən gündəmdə

Azərbaycan və Rusiya parlament nümayəndələri arasında planlaşdırılan görüşün Qarabağda keçirilməsi təklif olunub.

Musavat.com xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iyun ayında keçiriləcək parlamentlərarası görüşün təkcə Bakıda deyil, Şuşada da baş tuta biləcəyini açıqlayıb.

Diplomat bildirib ki, rusiyalı parlamentarilərin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini öz gözləri ilə görməsi məqsədilə Qarabağa səfər variantı nəzərdən keçirilir.

Yevdokimovun sözlərinə görə, Şuşa görüş üçün əsas namizədlərdən biridir. O qeyd edib ki, belə bir səfər parlamentlərarası əlaqələrin inkişafına əlavə töhfə verə bilər.

Səfir həmçinin vurğulayıb ki, Qarabağda həyata keçirilən layihələr və yenidənqurma prosesi xarici nümayəndə heyətlərində böyük maraq doğurur.

Musavat.com

Chosen
19
musavat.com

1Sources