“Milan”ın baş məşqçi postuna namizədlərdən biri Xavi Hernandezdir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu ispaniyalı mütəxəssisin taktiki bacarıqlarını və gənclərlə işləmək təcrübəsini yüksək qiymətləndirir. Alternativ namizədlər arasında Andoni Iraola da var.
Qeyd edək ki, “Milan” mövsümü 5-ci pillədə başa vurduqdan sonra Massimiliano Alleqri ilə yollarını ayırıb.