futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Hücumçu Coy-Slayd Mikels “Karvan-Yevlax”dan ayrılacaq.
Futbolpress.az-ın məlumatına görə, 32 yaşlı futbolçu klubla müddəti başa çatan müqaviləsini uzatmayacaq.
Mikels I Liqada oynamaq istəmir. O, təklifləri dəyərləndirməyə hazırdır.
Coy-Slayd Mikels 2025-ci ilin yayından “Karvan-Yevlax”da çıxış edir. O, Premyer Liqada 17 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.