EN

Hafiz Hacıyev 70 min manat cərimələnib? -Özündən AÇIQLAMA

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin adı böyük bir maliyyə və torpaq qalmaqalında hallanır.

Gununsesi.info-nun iddiasına görə, siyasətçi Göygöl rayonunda qohumlarının adına rəsmiləşdirdiyi yüzlərlə hektar örüş-otlaq və əkin sahələrinin icarə pulunu illərdir dövlətə ödəmirmiş. Xəbərdarlıqlara məhəl qoymayan partiya sədrinə 70 min manat civarında cərimə kəsildiyi bildirilir. Üstəlik, onun dövlətdən aldığı sahibkarlıq kreditini mənimsədiyi də iddialar arasındadır.

Redaktor.az məlumatın doğru olub-olmadığı haqqında Hafiz Hacıyevlə əlaqə saxladı. Müasir Müsavat Partiyasının sədri bildirdi ki, belə bir şey yoxdur:

“Elə söhbət yoxdur. Bizim elə yerimiz, torpağımız yoxdur. Kim yazıbsa, provakasiya üçün yazıb”.

NURİYYƏ

Chosen
88
redaktor.az

1Sources