EN

Bakı-Qazax yolunda ağır qÉ™za: "Mercedes" piyadanı vuraraq öldürdü

Bu gün saat 16 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hazırda araşdırmalar aparılır.

Demokrat.az
Chosen
23
demokrat.az

1Sources