EN

Moskva hava məkanında xüsusi uçuş rejimi tətbiq edilir

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Rusiyanın Nəqliyyat Nazirliyi və Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Rusiya Müdafiə Nazirliyindən Moskva hava məkanında mülki təyyarələr üçün xüsusi uçuş rejimi ilə bağlı tapşırıq alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilib ki, uçuş məhdudiyyətləri planlaşdırılan və çarter sərnişin reyslərinə, eləcə də bir sıra digər növlərə təsir göstərməyəcək.

Xüsusi uçuş rejimi Rosaviasiya tərəfindən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının təklifi əsasında yaradılır. Bu, kiçik təyyarələrə aiddir.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
yeniavaz.com

2Sources