Məhkəmə qərarı ilə yenidən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə qaytarılan Kamal Kılıçdaroğlu, Özgür Özəlin CHP qrup sədrliyinin ləğvi üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib.
APA-nın Türkiyə bürosunun “Sözcü”yə istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu bununla bağlı TBMM sədrliyinə rəsmi müraciət ünvanlayıb.
Qeyd edək ki, Özgür Özəl mayın 23-də CHP-nin fövqəladə iclasında keçirilən səsvermədə 93 səs toplayaraq CHP Qrup sədri seçilmişdi.