“Leyptsiq”in hücumçusu Yan Diomande yay transfer dönəmində PSJ və “Liverpul”un hədəfinə çevrilib.
İdmanxeber.az-ın məlumatına görə, hər iki klub 19 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. “Leyptsiq” isə onu komandada saxlamaq üçün yeni müqavilə hazırlayır.
Diomande ötən mövsüm Bundesliqada 33 oyunda 12 qol vurub.