EN

“İtin dilini də bilir” deyimi reallığa çevrildi – heyvanların dilini tərcümə edən sensasion cihaz satışda - Video

Musavat.com xəbər verir ki, Çinli mütəxəssislər pişik və itlərin səsini tərcümə edən süni intellekt əsaslı ağıllı boyunluq hazırlayıblar.

Məlumata görə, cihazın neyroşəbəkəsi 1,5 milyon heyvan səsi yazısı və minlərlə saat video üzərində öyrədilib. Sistem heyvanların çıxardığı səsləri, davranışlarını və emosional reaksiyalarını analiz edərək onları insan dilinə çevirməyə çalışır. 

İstehsalçılar bildirirlər ki, cihaz pişiklərin miyoldamasını 94,6 faiz, itlərin hürməsini isə 92,3 faiz dəqiqliklə tərcümə edə bilir.

Qeyd olunur ki, ağıllı boyunluq artıq satışa çıxarılıb və qiyməti 119 dollardır. Sosial şəbəkələrdə sürətlə yayılan cihaz istifadəçilər arasında böyük maraq doğurub.

 

Musavat.com

Chosen
72
musavat.com

1Sources