EN

Dolların məzənnəsi ilə bağlı YENİ PROQNOZ

"Qarda Kapital"ın fond bazarı üzrə eksperti Kirill Seleznyov 2026-cı ilin ikinci yarısında dolların məzənnəsi ilə bağlı gözləntilərini bölüşüb.

Publika.az xəbər verir ki, o, bu barədə Gazeta.ru-ya müsahibəsində danışıb.

Ekspertin baza ssenarisinə görə, ilin ikinci yarısında dolların orta məzənnəsi 82–88 rubl civarında olacaq, dekabrın sonuna doğru isə bu rəqəmin 88–93 rubla çatması ehtimal edilir. Seleznyov ilin ilk yarısının daha güclü səviyyədə (75–78 rubl) keçdiyini nəzərə alaraq, 2026-cı il üçün orta illik məzənnənin 81–83 rubl ətrafında formalaşacağını proqnozlaşdırır.

Analitik rublun möhkəmlənməsinə mane ola biləcək bir sıra amilləri də qeyd edib. Onun sözlərinə görə, uçot dərəcəsinin azaldılması rublun dəyərdən düşməsinə səbəb olan başlıca faktordur, çünki hər faiz bəndi endirimi bir-iki ay ərzində 2-3% ucuzlaşma potensialı yaradır. Bundan əlavə, istehlak kreditlərinin əlçatanlığı sayəsində idxalın artması və büdcə qaydalarındakı dəyişikliklər nəticəsində valyuta alışlarının həcminin bir yarım-iki dəfə çoxalması rubla təzyiq göstərən digər əsas məqamlardır.

Chosen
3
2
publika.az

3Sources