EN

Axşam yeməyi üçün ideal vaxt AÇIQLANIB

Mütəxəssislər bildirirlər ki, axşam yeməyini yatmazdan 2-3 saat əvvəl yemək beyin və ümumi sağlamlıq üçün daha faydalıdır.

Day.Az xəbər verir ki, araşdırmalara görə, insanların çoxu üçün ideal vaxt 17:00-19:00 arası hesab olunur.

Ekspertlər qeyd edirlər ki, gec yemək yuxu rejimini poza, qan şəkərini yüksəldə və ürək-damar xəstəlikləri riskini artıra bilər. Bu amillər isə yaddaş və diqqət kimi koqnitiv funksiyalara mənfi təsir göstərir.

Dietoloqlar gün ərzində qidalanmanı düzgün bölüşdürməyi, daha çox kalorini günün ilk yarısında qəbul etməyi və müntəzəm yemək saatlarına əməl etməyi tövsiyə edirlər.

Chosen
77
day.az

1Sources