EN

Həccdə olan zəvvarlarımız "hacı" oldular

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar əsas ibadətlərini yerinə yetirərək “hacı” adını qazanıblar.

 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, zəvvarların səhhəti və ümumi vəziyyəti qənaətbəxşdir:

 

“Zəvvarlarımız ziyarətlərini rahat şəkildə davam etdirirlər. Əvvəlki illərdə müəyyən çətinliklər və ya səhhətlə bağlı problemlər yaşanırdı. Bu dəfə isə ciddi narahatlıq qeydə alınmayıb. Şükürlər olsun ki, hamısı sağ-salamatdır. Onlar Mina, Ərəfat və digər müqəddəs məkanlarda olublar, əsas həcc ibadətlərini yerinə yetiriblər. Buna çox sevinirik. Artıq “hacı” adını qazanıblar”.

 

QMİ sədri əlavə edib ki, müqəddəs torpaqlarda hər il Ulu Öndər Heydər Əliyev və şəhidlərin ruhuna ehsan verilir:

 

“Həmin ehsan bu il də təşkil olunacaq”.

Tarix: 27 May 2026, 10:21   
Chosen
29
pravda.az

1Sources