ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 may, AZƏRTAC
Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər. Həmişə bizim zəvvarlar hansısa çətinlik və xəstəliklə üzləşirdilər. Bu dəfə ciddi xəstəlik qeydə alınmayıb. Onlar çox sevinirlər ki, Həcc ziyarətini uğurla yerinə yetiriblər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
Hər il Məkkədə Ulu Öndər Heydər Əliyevin, o cümlədən şəhidlərimizin ruhuna ehsan verildiyini deyən A. Paşazadə bu il də həmin ənənənin davam etdiriləcəyini diqqətə çatdırıb.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Aydın Məmmədov
Videooperator - Mirrəsul Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.