"Torino" müqaviləsi başa çatan Emirhan İlkhanla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Emirhan İlkhan 2022-ci ilin yayından "Torino"da çıxış edir. Gənc oyunçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
DÇ-2026: "Sabah"ın futbolçusu mundialda
DÇ-2026: Qana millisinin heyəti açıqlandı
Robertson "Yuventus"un hədəfində
DÇ-2026: KAMİLO DURAN HEYƏTDƏ OLMAYACAQ
Komandanı liqada saxladı: İstefaya göndərildi