EN

İrandan Gürcüstana qarpız aparan yük maşınında 110 kq-dan çox marixuana aşkarlanıb

Balakən Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Gürcüstana qarpız aparan yük maşınında 110 kiloqramdan çox marixuana aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, “Mazımqara” gömrük postunda stasionar rentgen qurğusu ilə yoxlama zamanı yükdə şübhəli cizgilər müəyyən edildikdən sonra nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı qarpız qutularının alt hissəsində xüsusi üsulla gizlədilmiş qablaşdırmalarda ümumi çəkisi 110 kiloqram 300 qram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
27
1
anews.az

10Sources