"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Doniell Malenin transfer hüquqlarına yiyələnib.
Apasport.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu niderlandlı futbolçu üçün 25 milyon avro ödəyib. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Roma" Doniell Maleni bu ilin yanvarında icarəyə götürüb. Niderland millisinin üzvü "canavarlar"ın heyətində keçirdiyi 20 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Fənərbaxça" baş məşqçi axtarışında: ŞƏRTLƏR UYĞUN OLARSA...
DÇ-2026: "Sabah"ın futbolçusu mundialda
DÇ-2026: Qana millisinin heyəti açıqlandı
Robertson "Yuventus"un hədəfində
DÇ-2026: KAMİLO DURAN HEYƏTDƏ OLMAYACAQ