EN

London və Varşavadan Moskvaya qarşı ortaq cəbhə: Yeni müdafiə müqaviləsi imzalanır

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniya və Polşa arasında mayın 27-də imzalanacaq yeni müdafiə müqaviləsi birbaşa Rusiyaya qarşı yönələcək.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Böyük Britaniyaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında məlumat verib.

Polşa Baş Nazirinin Ofisinin sosial media hesablarında yayımlanan açıqlamaya görə, Donald Tusk sənədin hər iki ölkə üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb: "Bizim üçün əsas olan məqam bu müqavilənin ilk müddəalarından birində yer alıb. Hər iki tərəf Rusiyanın Polşa, Birləşmiş Krallıq və bütövlükdə NATO üçün uzunmüddətli strateji təhlükə yaratdığını qəbul etdiklərini vurğulayır. Buna görə də həm Britaniya-Polşa, həm də NATO daxilindəki əməkdaşlığımız bu müqavilənin ruhuna uyğun olaraq, Rusiya təhlükəsi qarşısında Polşanın və digər dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə yönəlməlidir". Baş nazir bu yanaşmanın açıq şəkildə ifadə edilmiş siyasi motivasiya baxımından əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu etiraf edib.

Polşa hökumətinin başçısı Varşavanın NATO-nun kollektiv müdafiə mexanizminin mövcudluğuna rəğmən, əsas müttəfiqlərlə niyə ikitərəfli müdafiə ittifaqları qurmağa çalışmasına da aydınlıq gətirib:

"Çox vacib bir aspekt var və biz bunu həm Fransa, həm də Birləşmiş Krallıqla olan müdafiə müqavilələrimizdə belə şərh edirik: NATO-nun ümumi reaksiyasından asılı olmayaraq, Polşa həm Fransanın, həm də Böyük Britaniyanın birgə NATO qərarı verilməzdən əvvəl yarana biləcək təhlükəyə daha çevik reaksiya verəcəyinə ümid edə bilər".

Donald Tusk sonda əlavə edib ki, müasir dövrdə potensial münaqişə halında dərhal və tez cavab verilməsi əvəzsiz faktor olacaq.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
50
redaktor.az

10Sources