EN

İran ordusu “təslim oluruq” deyə qışqırsa belə… Tramp

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Demokratlar və media tamamilə yollarını azıblar. Onlar tam dəli olublar!

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Əgər İran təslim olsa, donanmasının məhv edilərək dənizin dibinə göndərildiyini etiraf etsə, hava qüvvələrinin artıq mövcud olmadığını qəbul etsə, bütün ordusu silahları yerə atıb, əllərini qaldıraraq və ağ bayraq yelləyərək “təslim oluruq, təslim oluruq” qışqırıqları ilə Tehrandan çıxsa, ölkənin qalan bütün rəhbərliyi də bütün “təslim sənədlərini” imzalayıb ABŞ-ın möhtəşəm gücü qarşısında məğlub olduqlarını qəbul etsə belə, uğursuz “Nyu York Tayms”, “Voll Strit Jurnal”, korrupsiyalaşmış və artıq əhəmiyyətsiz CNN və digər saxta xəbər mediası yenə də başlıq atacaq ki, İran ABŞ üzərində parlaq və möhtəşəm qələbə qazanıb. Özü də böyük fərqlə!”, - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
87
2
axar.az

3Sources